93 yaşlı bu ermənipərəst SSRİ-nin Aİ formasında bərpa olunmasını xəyal etdi...

93 yaşlı bu ermənipərəst SSRİ-nin Aİ formasında bərpa olunmasını xəyal etdi...

Hazırda oxunan: 93 yaşlı bu ermənipərəst SSRİ-nin Aİ formasında bərpa olunmasını xəyal etdi...

578792
20 Yanvar canisi M.Qorbaçovun rəhbərliyi dövründə (qeyd: 1985-1990-cı illərdə) SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində çalışmış Nikolay Rıjkov SSRİ-nin bərpa edilməsini xəyal edib.
 
Moderator.az xəbər verir ki, o bu haqda ermənipərəst mövqeyinə görə Azərbaycanda yayımlanması qadağan olunmuş “RİA Novosti”yə müsahibəsində danışıb.
“Sovet İttifaqını mövcud olduğu formada yenidən yaratmaq mümkün deyil, lakin postsovet ölkələrini birləşdirməyin bir yolu var. Biz Avropa İttifaqına yaxın olmağa çalışmalıyıq, burada əsas var - Avropa İttifaqı və onun orqanları. Hesab edirəm ki, Aİ-nin prinsipinə görə yeni şərtlər əsasında postsovet məkanında dövlətlərin birliyi yenidən yaradıla bilər”-deyə keçmiş  SSRİ-nin sabiq hökumət başçısı bildirib. 
 
Rıjkov əmindir ki, Sovet İttifaqının mövcudluğunun keçmiş formatını kopiyalamağa və onu “1922-ci ilin timsalı və bənzərində” yenidən yaratmağa dəyməz, çünki dövlət də inkişaf edən, “qocalan və xəstələnən” “canlı orqanizm”dir. 
 
“Hər şey yerində durmamalı, hərəkət etməlidir”- deyə N.Rıjkov qeyd edib.
 
Xatırladaq ki, ermənipərəst mövqeyi  ilə seçilən 93 yaşlı N.Rıjkov Ermənistanın milli qəhrəmanı adına layiq görülmüş, vətən ordeni ilə təltif olunmuşdur. Ermənilər guya zəlzələ zonası Spitaka göstərdiyi yardımına görə ona bu adı vermişdilər...
 
Sultan Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO