SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Hazırda oxunan: SOCAR-ın texniki operatorluğundan 5 il ötür
628721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri (CQBK) ilə 2021-ci il avqustun 1-dən 2026-cı il avqustun 1-dək ümumilikdə 130,4 milyard kubmetr həcmində qaz nəql olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata əsasən, bu gün SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətindən 5 il ötür.

Bu ilin yanvar-iyun aylarında CQBK vasitəsilə 11 milyard 442,2 milyon kubmetr qaz nəql edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,84 % artım deməkdir.

Qeyd edək ki, "SOCAR Midstream Gas Operations" MMC 2015-ci ildən CQBK-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur.

Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından çıxarılan qaz Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində ixrac edilir.

Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonunda istifadəyə verilib və "Şahdəniz" yatağının birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqlinə start verilib.

2018-ci ilin yay aylarından etibarən isə "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə hasil edilən qaz genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyəyə - TANAP boru kəmərinə təhvil verilməsinə başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO