Koronavirusa gündəlik yoluxma STATİSTİKASI 

Koronavirusa gündəlik yoluxma STATİSTİKASI 

Hazırda oxunan: Koronavirusa gündəlik yoluxma STATİSTİKASI 
125722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, son sutkada infeksiyaya 65 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 34 nəfər isə sağalıb. 
Qeyd olunub ki, həmçinin son sutka ərzində koronavirusdan 1 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 829 076 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 672 nəfər müalicə olunaraq sağalıb, hazırda 257 aktiv xəstə var. Bu günə qədər 10 147 nəfər vəfat edib. 

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 469, bu günə qədər isə ümumilikdə 7 545 086 test icra olunub. 

Eyni zamanda ölkədə son sutka ərzində 158 nəfər vaksinasiya olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO