"Ömür üçün yarandın, Vətən üçün qıy canı...

Hazırda oxunan: "Ömür üçün yarandın, Vətən üçün qıy canı...
37822
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tarixə nəzər salsaq görərik ki, böyük Azərbaycan parçalana-parçalana böyük TÜRK dünyasının kiçik hissəsinə dönüb. Cənubi Azərbaycanla 1989-cu ildə sərhədlər açılanda Türk dünyası sevinirdi, Təbrizimizə,  Məhəmmədhüseyn Şəhriyara qovuşurduq. Azərbaycan bütövləşirdi sovet dövrü dağılandan sonra. Müstəqilliyimizi əldə etdik, Əbülfəz Elçibəy  müstəqil Azərbaycan adını 70 ildən sonra  əbədi olaraq Azərbaycana qaytardı və üç rəngli bayrağımızı ən uca  zirvələrdə dalğalandırdı.  Azərbaycanın səkkiz rayonu, üç şəhəri işğal olunub, Azərbaycan bütövlüyü uğrunda hələ də mübarizə aparır. Böyük Türk dünyasının türk oğlu Xəlil Rza Ulutürkün “ İSTƏMİRƏM AZADLIÄžI QRAM-QRAM, QOLUMDAKI ZƏNCİRLƏRİ QıRAM-QıRAM”  hayqırıb nərə çəkib zəncirləri qırmağa, İşıqlı sabah kimi zülmətləri yarmağa,

Bu şeiri bu millətin qanına hopdurmağa, Qəbirdənmi dirildim indi Xəlil Rzanı ?

  Azərbaycanımın, Şimalda  Dərbəndimin, Cənubda i Təbrizimin sərhəddini mən də Xəlil Rza Ulutürk kimi qırmaq istiyirəm.  Şair dostum Səxafət Kəlbəcərlinin  BÜTÖV GÖRMƏK ARZUM,  AZƏRBAYCANI şerinə hörmətlə yanaşaraq mən də AZərbaycanı bütöv görmək üçün yandığımı hayqırıram!  

 

Bütöv görməkdi arzum,butöv Azərbaycanı

 

Bir olaq yumruq kimi, xilas yolu bax budu,

Bu nisgil bu millətin, taleyidi, baxtıdı?

Sıralan, vətən oğlu, artıq qeyrət vaxtıdı,

Gərək yerdə qalmasın şəhidlərin al qanı,

 Bütöv görməkdi arzum, bütöv Azərbaycanı.

 

Daha bu uydurmalar bizi səbirdən etdi,

Yad ölkənin köməyi vaxtı keçmiş biletdi.

 Sülh elə gəldi getdi, sülh belə gəldi getdi,

Ömür üçün yarandın vətən üçün qıy canı,

Bütöv görməkdi arzum, bütöv Azərbaycanı.

 

Hayqırıb nərə çəkib zəncirləri qırmağa,

 İşıqlı sabah kimi zülmətləri yarmağa,

 Bu şeiri bu millətin qanına hopdurmağa,

Qəbirdənmi dirildim indi Xəlil Rzanı ?

Bütöv görməkdi arzum bütöv Azərbaycanı.

 

Şəhid olmaqdı arzum , arzulardan başdadı,

Əbədi heç nə yoxdu ,şəhidlərsə yaşadı.

Şəhid adı Allahın bir adıyla qoşadı,

Şəhid üçün qaynayır bir Allahın qazanı,

 Bütöv görməkdi arzum bütöv Azərbaycanı.

 

Silahlar da pas atıb, dəmir “ Qaraba𔝠deyir,

Körpə ana döşünü əmmir,”Qaraba𔝠deyir.

Səxavət ürək vətən, ömür Qarabağ deyir,

Qarabağsız yurdumda bahar hanı ,yaz hanı ?

 Bütöv görməkdi arzum bütöv Azərbaycanı.

 

Məqaləni hazırladı Azər Allahverdiyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO