Yanır sağımda Kəlbəcər, donur solumda Kəlbəcər...

Yanır sağımda Kəlbəcər, donur solumda Kəlbəcər...

Hazırda oxunan: Yanır sağımda Kəlbəcər, donur solumda Kəlbəcər...

234560
Əziz Bəhruz Bayramova

Hardan düşdün yadıma, de,
yaman halımda Kəlbəcər,
yanır sağımda Kəlbəcər,
donur solumda Kəlbəcər.

Əyildi gün, günəş batdı,
qalıb işləyən saatdı,
belə gördüm dağlar atdı,
atın yalında Kəlbəcər.

Həsrət qaraldıb gözümü,
qaşımda şəbnəm düzümü,
izn ver, tapım özümü,
ay camalında Kəlbəcər.

Gözəl bəy, gözəlçə gəlin,
səcdəsində pir gözəlin,
öydüm səni bir gözəlin,
qara xalında, Kəlbəcər.

Xırmandı, ya dəndi sinəm,
yaralı vətəndi sinəm,
dağdı, sümükdəndi sinəm,
dağın dalında Kəlbəcər.

Saday Şəkərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO