Moderator.az oxucu marağını nəzərə alaraq yazıçı Aysel Əlizadənin "Qadın peyğəmbər" romanının yayımına başlayır.xa0
Əvvəli burda: http://www.moderator.az/news/131092.html
Eyni gündə, eyni saatda valideynlərini itirən Qar dünyanın ən şirin nənəsinin umuduna qaldı. O nənə ki, oğluna Maqbet adı qoymuşdu. Nənə illərlə oğlu kimi ali təhsil ocağında dərs deyir, müəllimliyin qazandırdığı enerji hesabına yaşayırdı. “Maqbet”x9d tamaşası ilk dəfə səhnələşdiriləndə o hələ subay qız idi. Tələbə yoldaşlarıyla əsərə baxmağa getmişdi. Tamaşanın sonunda “Maqbet gözəl addı”x9d demişdi. Bu ad onun yadından çıxmadı. Oğlu olanda bu adın həyatında yer tapdığına sevinirdi. Maqbet anası üçün dəyər idi. Ciyərparasının başına gələn hadisə qadının belini bükmüşdü. Nə demək idi bu? Onun Maqbetini şərləmişdilər. xa0Dağ kimi oğlunu şərəfsiz bir adam kimi işdən çıxarmışdılar. Ana onun buna dözməyəcəyini bilirdi.
Adamlar elə bil ölüm yarışındaydı. Hamının ürəyi bir-bir partlayırdı. Xərçəng yoluxucu xəstəlik kimi yayılırdı, beyinə qansızmalar artırdı. Ölümün cavanlaşdığı bu ölkədə yaşlı adam görmək çoxunu şaşırdırdı artıq. Qocadı. Niyə sağdı görən? Nənə isə yaşamağa məcbur idi. Folkloru, bədii ədəbiyyatı yaxşı bilən qadın Qar darıxmasın deyə dayanmadan ona nağıllar, rəvayətlər danışır, şeirlər söyləyirdi. xa0Çeşid-çeşid xörəklər bişirib dilə basaraq Qarın iştahını açmağa çalışırdı. Qapılarını döyən hər adamı sevincək içəri çağırır, qabağına yemək qoyub söhbətə çəkir, xa0Qarın başını qatırdı. Həftə sonları Qar üçün qutab, xingal günləri edirdi. Bu, artıq ayin idi onların evində. Nənə çırmanıb xəmir yoğurur, Qar da sobanın üstündə çırtıltıyla qızaran yağ-soğanı qarışdırır, qıymanı hazırlayırdı. Qutabları səliqəylə, ay parçası kimi düzəldib yağda bişirirdilər. Qar quru qutab sevmirdi. Nənə isə qutabı quru tavada bişirib içinə diri kərə yağı qoymağı xoşlayırdı. Ancaq hər şeyi Qarın istədiyi kimi edirdi. Qutablar hər dəfə yağlı tavada bişirdi. Nənə riyaziyyatçı idi. Qara riyaziyyatı, kimyanı, fizikanı dərindən öyrədirdi. Qarı dəqiq elmlər çəkmirdi, ancaq fizika, astronomiya ilə maraqlanırdı. Anasının ədəbiyyat haqda söhbətləri üçün darıxırdı. Qalaktika Qara obrazları - ulduzlar, göy cisimləri olan, heç bitməyən sirli bir tamaşa kimi görünürdü. Bu üzdən astronomiya ilə bağlı çoxlu kitab oxuyurdu. Nənə Qarın təhsilinə özəlliklə diqqət ayırırdı. Bu qoca qadına baxanda adama elə gəlirdi onun ürəyi yun yumaq kimi isti və yumşaqdı. Başını onun ürəyi üstə qoyub heç olmayan kimi dərin, rahat yuxuya gedə bilərdin. xa0Nənənin üzdə bircə diləyi vardı - Qarı tələbə görmək. Ancaq yumşaq yumağın içində başqa bir dilək üfürülə-üfürülə qorunurdu. Özünü Qar üçün ayaqda saxlamağa çalışan nənə nəvədən sonra nəticə də görmək istəyirdi. Bu diləyi səsləndirməzdi heç vaxt. Yaşamaq arzusundan danışmazdı. Var-gücüylə ölüm qorxusunu Qardan gizlədirdi. Birdən Qar nənənin onu tək qoymaqdan qorxduğunu duyar, sarsılar. Qarın tək qalacağını düşünmək onu gecələr yatağında o üz-bu üzə döndərirdi. xa0Qocaydı nənə, üstəlik, itkilərindən sonra çətinliklə ayaqda qalırdı. xa0Qar tələbə olanda nənə də gözlərini biryolluq yumdu. Qar onun ölümünü yuxuda gördü. Gördü ki, yekə bir qartal nənəsini dimdiyinə alıb aparır. Şəhərin üzərində gəzdirir. xa0Düşürməyə yer axtarır. Və ata-anası basdırılan yerə enib dimdiyini açır.
Nənə son nəfəsinə kimi ağrılarını gizlətdi. Ölüm bədəninə yayılıb onu keyləşdirirdi. xa0Beyni əldən çıxdığı üçün çəkdiyi hər ağrını son gücünü verib özündə saxlayır, ağlı qarışır, dumanlı başla Qardan soruşurdu:
- Qızım, bərk ağrıyırsan?
- Yox, ay nənə, ağrımıram, sən ağrıyırsan? ”“ Qar nənənin başucunda oturub üzüntü içində xəbər alırdı. Nənə bərəlmiş gözlərini qıza zilləyir, heç nə başa düşmürdü. Nigaran ruhu nəvəni qoyub getmək istəmirdi. Nənə döyüşə-döyüşə ölümə yenildi. Bizim Qar qız, tək qaldı, təmtək...
Çoxluğun ailəli olduğu bir dünyada kimsəsiz olmaq nə deməkdi? Bəs ailəli olmaq? Ailəli və ailəsiz. Bu ayrıcda dayanaq. Ailə özü nədi? Xoşbəxt edənmi, bədbəxt edənmi, gərəklimi, gərəksizmi? Çoxluq ailənin tərəfindədi. Hər kəs ondan ulu, mütləq bir anlayış kimi danışır. Ailənin xüsusi üstünlük olduğunu deyən cəmiyyət xa0ailəsi olmayanları incitdiyinin fərqinə varmır. xa0İnsanları yalan-doğru bir ailə qurmağa zorladıq. xa0Sivilizasiya ailə institutunu əvəzsiz birgəlik xa0kimi təqdim etdikcə, ata-anası, həyat yoldaşı, uşağı, kimsəsi olmayan, uğursuz ailədə böyüyən adamlar xa0psixoloji zədə aldı. xa0Ailəni bu qədər öymək bizə nə qazandırdı? Saysız formal ailə. Ailə insanların bir arada xoşbəxtliyi deyilsə, boş şeydi. İstəyirsiz onu Olimp kimi təqdim edin, sevgisizdisə, xoşbəxt etmirsə, xa0eyni sözləri deyib duran əzbərçi yalançılardan yığma bir cəmiyyətin əsas dağıdıcı mexanizmi olaraq qalacaq. Hə, ana əzizdi, xa0əvəzsizdi. Hə, ata dayaqdı, gücdü. xa0Ancaq xa0valideyn sevgini qazandığı üçün sevimlidi, yalnızca dünyaya gətirdiyi üçün yox. Bəzən dünyaya gətirməmək gərəkdi. Elə adam var o doğmalı, törəməli deyil heç. Anası olmayan uşağın müqəddəslik abidəsini əlindən almağa haqqımız xa0yoxdu. Müqəddəs çox şey var. Anası, atası, əri, arvadı, uşağı yoxdusa, sevdiyi olacaq, dostu olacaq, işi olacaq, başqa nələrisə olacaq - dəyərli çox şeyi...
Bu üzdən özəl həyatını sahmana sala bilmir çoxu. Evlənmək istəməyən evlənməyə bilmir, boşanmaq istəyən boşana. İnsan bilmir, ürəyi istəyir deyə ailə qurur, yoxsa belə gərəkdi deyə. Çünki ürəyi bir şey istəyir, ağlı başqa. Ürək istəyəni ağıl ona görə istəmir ki, ağıl istəyə bilmir, onun belə funksiyası yoxdu. Ağıl qərar verir. Bu qərarlar isə istəyə deyil, formal qaydalara uyğun olur. Ailə model, qayda, söz olaraq qutsaldı, yoxsa sevimli birgəlik, əzizlik olaraq? Bax, bu ayrıntını ürəklə ağıl arasında itən sərhədlər alt-üst edir. İnsana dost gərəkdi, dost, fərqi yoxdu, ata, ana, ər, arvad, ya övlad. Sizin necə yaşamağınız, kimlə yaşamağınız, arzularınız niyə “onları”x9d qayğılandırır? Qaydalar var, hər şeydə - dində, dövlətdə. Yaranmasına ehtiyac xa0olub. Cəhaləti, xaosu yığışdırmaq üçün zaman-zaman insanların ən ağıllıları qaydalar yaradaraq toplumu arxalarıyca aparıblar. Bu qarışıqlığa bir düzüm vermək, simmetriya yaratmaq gərək idi. Cəmiyyətlərini mafə kimi çiyinlərində daşıyıb zaman-zaman xa0bir-birinə ötürüb aydınlar. Qar bunları düşünürdü. Bəzi qavramlar haqda kitabında yazacaqdı. xa0Qalanları yalnız xa0“sən”x9də aid doğrulardı. Çünki “sən”x9d ayrıcalıqdı, bənzərsizlikdi. Dövlətin qanunları bütün vətəndaşlara aiddi. Bir də “sən”x9din yalnız özünə aid qanunların olmalı. Bir az dolaşıq görünə bilər. Anlam aramayın, özünüzü incitməyin, sadəcə, ruhunuzu yazıya verin. Qoy o sizi özüylə sonadək aparsın. Gəlin oynayaq, qaydasız oynayaq. Ola bilər cümlələr getdikcə canlanıb adama çevrilsin, sizinlə danışsın. Ola bilər Qar sizə tanış gəlsin, bəlkə, hardasa qarşınıza çıxıb, bəlkə, kimisə xatırladır. Bəlkə, bənzərliyi var keçmiş sevgilinizə, ya indikinə, ya rəfiqənizə, ya əziz birinə çox oxşayır, hə? Bəlkə, arzularınız eynidi. Bəlkə, siz də onun kimi işığı yanılı qoyub yatırsız. Ona elə gəlirdi ki, oğrular gecələr qaranlıq pəncərələrə baxıb soymağa yer axtarırlar. Buna görə də evinin işığını söndürmürdü. xa0Səhərəcən altdan yuxarı tavana baxa-baxa Günəşi gözləyirdi. Günəş oyananda Qar yuxuya gedirdi. Mehriban bir ailədə böyümüşdü, onu tez itirdiyi üçün həyatındakı boşluğu dolduracaq bir məbədə gərək duyurdu. Bu məbədi kiminləsə quracaqdı, kimsə ”“ çox sevilən biri olacaqdı və iki həyatı birləşdirib genişlik yaradacaqdılar. Birgəlik insanın ərazisini böyüdür. Sənin sahənlə onunku birləşib gen-bol bir ortalıq yaradır. Qar bu məbədi qurdu. Evləndi. Evlilikdən sonra amansız gerçəkliklə üz-üzə qaldı. Ərin dünyada yalnız bir sevgisi vardı ”“ içki.
***
Antti Tuurinin xa0“Çay şəhərin içindən axır”x9d kitabında rəssamın əhvalatı var. xa0Süjet belədi: Rəssam xa0sevdiyi qadınla yola getmir. Onu var olan hər şeyə qısqanır. Qadının özgürlüyünü özbaşınalıq kimi qəbul edən rəssam hər dəfə bir bəhanə tapıb onunla dalaşır. xa0Nəhayət, qadın təngə gəlib ondan ayrılır. Bir müddət sonra başqasıyla evlənir. Rəssam bu durumla heç cür barışa bilmir. Onu geri qaytarmaq istəyir. Yalvar-yaxarla qadını xa0görüş üçün yola gətirir. Görüşürlər. Rəssam dil tökür, acı çəkdiyini deyir. Qadın azca yumşalır. xa0Bunu görən rəssamın birdən yenə tərs damarı tutur. Yenə qısqanclıq üçün bəhanə tapır. Özündən çıxır, dava salır və qadını orda qoyub gedir. Rəssam sevgi duyğusunun öhdəsindən gələ bilmir. Əslində, sevməyi bacarmır. Sevgi nəhəng duyğudu. Onu yalnız güclülər daşıya bilir. Rəssam yaradıcı adam olduğu üçün bütün bunları çox dərindən duyur. Həm də onu da başa düşür ki, böyük sevginin öhdəsindən gələ biləcək gücdə deyil. Bunu özünə bağışlaya bilmir. xa0İçir, gecə klublarında yatır, küçələri dolaşır, dilənçi kökünə düşür bizim bu rəssam. xa0Bir gün dözməyib keçmiş sevgilisinin ərinə zəng vurur. Qadın haqda ağzına gələni xa0danışır. Və!.. əsərin bu yerindəki cümlələrlə yazıçı oxucunun yuxulu başına möhkəm bir zərbə endirir: “Rəssam düşünür: xa0“Əri ciddi və işgüzar adammış, heç məni vecinə almadı, dəstəyi asdı”x9d. Sizi qısqanclığı ilə bezdirənlərə bu əhvalatı danışın. Nə qədər avara adam olduğunu başa salın ona. Yazının bu yerində əl saxlayıb Claydermanın ifasını dinləyirəm. Yaxşı pianoçudu. Tez-tez qulaq asıram. xa0Hərdən şeir havasında oluram, ancaq xa0alınmır. Onda da boşluğu doldurmaq üçün klassik musiqi köməyə gəlir. Ciddi musiqi dinlədin övladınıza. Mütləq! xa0Ən azı insanın hərəkətlərində bir incəlik yaradır. Davakarlıq, anlamsız qısqanclıq yavaş-yavaş yoxa çıxır, qıcıq alovu sönür. Dünya doludu qaba adamla. Balet, məsələn, insanları daha duyğusal, yumşaq, kübar edir. Aqressiv sənətdən bacardıqca uzaq durun. Ağır rock yalnız enerji atmaq üçün yaxşıdı. İçinizdə yığılıb qalan emosiya, üsyan üçündü. Ruhunuzda toplanan gərginliyi xərcləyin, dağıdın, bağırın musiqiylə birgə, atılıb-düşün, əllərinizi yana açın bacardıqca. Bu zaman tək də ola bilərsiz, yaxınlarınızla da. Mən indi xa0təkəm. Masamda çaxır da var. İçmirəm. Romanın kiçik elementlərini yanıma düzməkdən xoşum gəlir sadəcə. Əyani vəsait kimi çəngəl də var. Belə daha rahat olur. Bəzən də xa0onları əsərin harasına yerləşdirəcəyimi dəqiq bilmirəm, indi də. xa0Yalnız əsas obrazımla məşğulam. Gözüm Qardadı. Bayaq mənə bir sual verdi. Nə deyəcəyimi bilmədim:
”“ Elə bil məndən baş açmırsan. Sən necə yazıçısan?
Qınayır... Mən əslində çox xoşbəxt bir hekayə yazmaq istəyirəm. Qarın yalqızlıq göydələnini kərpic-kərpic azaltmaq və bununla çoxunda umud yaratmaq istəyirəm. Ancaq zamanla hər yalqızlığın xa0azalan, çoxalan, ya da yoxalan olmadığını öyrənirsən. Bu, adi yalqızlıq deyil, Günəş kimi (tək) olmaqdı. Qarın təkliyi başqa cürdü. Bölünməzdi. Qarın yalqızlığında isinmək olar, bu yalqızlıqla dostlaşmaq olar. Ancaq onu bu yalqızlıqdan ayırmaq mümkün deyil. Kimsə sizə “bayquş”x9d desə, alınmayın. Bayquşluq həmişə maraq yaradır kənardan. Hətta küçədə təkbaşına yaşayan bomj, səfil adlandırılan adam belə hamıda maraq oyadır. Axı, o niyə təkdi? Bizə elə gəlir ki, bu adamlar həyatın əsas həqiqətinə çatıblar. Bizə elə gəlir ki, onlar həyatın hər üzünü görüblər. Biz bunda fəlsəfi qat axtarmağa çalışdığımız vaxt çox adi səbəblər üzə çıxa bilir. Küçədə yatır, çünki evi yoxdu, yeri yoxdu. Küçədə yatır, çünki içkilidi. Günəş təkliyi bu qədər görünən, əlçatan bir qavram deyil. Ətrafı göy cismləri ilə dolu olan Günəşin təkliyini yalnız anlamaq olar. Bayquşluq... Qatar yaratmamaq bu canlının seçimi, bəlkə seçimsizliyidi. Çox tək olar, çox düşünər və buna görə müdriklik rəmzi sayılar bəy quşu. Bütün sualların cavabı təbiətdədi. Təbiəti isə düşünmək gərəkdi. xa0Sivilizasiya düşüncənin nəticəsidi. Düşüncənin nəticəsidi sənət, din, elm, fəlsəfə. İnsan nə yaradıbsa, düşünərək yaradıb. Düşünüb və tapıb. Rus yazarı Platonovun “Kotlovan”x9d əsərində Voşev düşündüyü üçün işdən uzaqlaşdırılır. Ona deyirlər, düşünmək olmaz. Yalnız işləmək lazımdı. Biz hamımız düşünsək, kim işləyəcək? Voşev düşündüyü üçün təklənir. xa0Bütün günü həyatın mənası üzərində baş sındıran Voşevi işdən çıxarırlar deyə o, başına çarə qılmağa gedir. Yeni iş tapır. Axır bir gün Voşev axtardığı həqiqətə qovuşur. Platonov yazır: “ O, axtardığından ötəsini tapmışdı”x9d. Tapmaq üçün təklənmək şərtdi. Bu təklik sizi axtarışlara sürükləyir. Təkbaşına boy verən ağacı “görüm niyə belə yalqızdı”x9d marağıyla dəlib yoxlamadığımız kimi, tək qalmaq istəyən adamın da içini dəlib yoxlamaq olmaz. Təkdisə, təkdi. Təklikdə düşüncə insanı bənzərsiz edir. Çoxluqda düşüncə ortaq həqiqətlərdi. Hamıyla bir yerdə düşünmək hamı kimi düşünməkdi. İnsan bənzərsizliyini xa0qoruyaraq, başqaları ilə anlaşa biləndə, başqaları ilə yaşaya biləndə yetkin və bütöv olur. Həyatımızda başqalarının olması mütləqdi. Son ucda biz bayquş deyilik. Bizim bayquşluğumuz tuta bilər.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ***
Ərin gözlərinin dərinliyində nifrət, əsəb, qıcıq görünürdü. Gözləri dördbaşlı əjdaha yuvasına oxşayırdı. Qar bu yuvanın yanından ehtiyatla keçir, onu oyatmaqdan qorxurdu. Əjdaha oyanan kimi hər gözdən iki başını çıxarıb od püskürürdü. Gecələr daha qorxulu olurdu. Evə sərxoş gələn Ər gecələri təhlükəli, gərgin vaxta çevirirdi. Hər an əl qaldıracaq sinirli, partlayışa hazır bir görkəmdə olduğu üçün Qar evdəki bütün kəsici əşyaları gizlədirdi. Bıçaqları geyim dolabında "itirirdi". Bəzən yataq otağına keçib qapını arxadan bağlayırdı. Bu vaxt Ər ortalığı dağıdır, əlinə keçəni sındırır, evi təpikləyirdi. Ər səhərə qədər yerində vurnuxur, tualetə gedib qusur, qalxmağa heyi olmayanda elə yerindəcə yorğan-döşəyə qaytarır, söyür, qəzəblənir, yuxulayırdı. Nə vaxt, necə yuxuya getsə, mütləq araq şüşəsini qucaqlayıb yatırdı. Qar barmaqlarının ucunda ona yaxınlaşıb yavaşca şüşəni qucağından sürüşdürüb çıxarmaq istəyəndə necə möhkəm yatsa da, dərhal ayılıb şüşəni əlindən dartıb alır, təzədən qucaqlayıb yatırdı. Əmziksiz yuxuya getməyən körpə kimi. Şüşəni həyatı boyu heç bir qadını qucaqlamadığı kimi qucaqlayırdı. Səhər oyananda isə tamam dəyişirdi. Heç nə olmamış kimi davranırdı. Qarı evin içində axtarıb tapır, xa0gecə olanları xatırlamadığını deyir, zarafat edib könlünü almağa çalışırdı. Saatın əqrəbləri axşama yaxınlaşdıqca qadın gərginləşirdi. Qar belə gecələrdə öncəki bütün yaşamını yadına salmağa çalışırdı. xa0Kim idi, nəçi idi? Elə bil hər şeyin üstündən bütöv bir əsr keçmişdi, yeni sivilizasiya yaranmışdı. Qarı bir dövrdən başqa bir dövrə atmışdılar. Gördüklərini tanıya bilmirdi. Hər şey ona yad gəlirdi. Günəş kimi də deyildi artıq. Planetlərin, peyklərin arasında dolaşan, kainatın boşluğuna düşən, adsız, anlamsız göy cismi kimiydi və heç yerdəydi.
Cibində siçanlar oynayanda, harasa çağrılmayanda evdə dumanlı başla o yan-bu yana gəzişən Ər pəncərənin qarşısında durur, uzun-uzadı yaşadığı həyatı düşünür, siqaret çəkir, ürəyi sıxılırdı. Siz özünüzə pəncərədə baxmısız? Diqqətlə baxanda adamın üzü bayquşu xatırladır. xa0Göz ətrafında üzə çıxmayan göz yaşlarının torbalandığını görürsən. Bayquşlar ağlayırmı, bilmirəm. Ancaq üzlərinə ciddilik qatan qəribə bir aypara olur göz ətrafında. Pəncərədə öz əksinə baxanda belə bir aypara görünür insan üzündə. xa0Sanki üzünə maska yapışıb qalıb və onu heç vaxt çıxara bilməyəcəksən. Bayquşluqla insanlıq arasında qəribə bir ortaqlıq var. İnsanın maskası pəncərə şüşəsinə baxanda görünür, bayquşunku isə təbiidi. Pəncərədəki üz bayquşu xatırladır. Aynaya dəyib qayıdan üz başqalaşır. Fiziklər bunu işığın sınma qanunu ilə bağlayardılar. xa0Bəlkə də belədi. Üzün başqalaşması elə təbiət hadisəsidi, təbiidi...
Ər təkcə pəncərəyə yox, pəncərədən çölə baxanda da özünü görürdü. İçki məclislərində əylənirdi. Əzab çəkirdi özünü görəndə. Tez də vicdanını ağrıdan hər şeydən qaçırdı. Vicdan haqda düşünəndə yorulurdu. Özünü yaxşı olmağa zorlaya bilmirdi, gücə düşürdü. Bezirdi. xa0Özünü boş buraxmaq, vecsiz olmaq istəyirdi. Hər şeyə önəmsiz yanaşırdı. Qar təkcə bundan gərilmirdi. Onu xəyanətlər də incidirdi. Qadın xəyanəti havadan duyur. Dişi kəpənək belə kişinin həyatına qadının xəbəri olmadan uçub gələ bilməz. Xəyanətin qəribə qoxusu var, onu kimsə gizlədə bilmir.
Yavaş-yavaş dost-tanışdan uzaqlaşırdı Qar. Adamlarla danışmaq istəmirdi, kimsənin üzünə baxmağa gücü çatmırdı. Getdikcə özüylə dostları arasında olan izləri itirirdi. Fəsillər bir-birindən seçilməz olmuşdu. Hər gün eyni hava, eyni zaman idi. Ər arada içməyəcəyinə söz verir, xa0Qar inanmaq istədiyi üçün inanırdı. Ancaq bu söz növbəti yalan olurdu. Bir gün gecəyə kimi gözlədi Qar. Ər hər gün olduğu kimi həmin gün də arağı tərgidib hansısa dostuyla çay içməyə getmişdi. Saatlarla xəbər çıxmadı. Qar vaxtı gözləriylə yeyirdi. Bir neçə dəqiqə tərpənməz oturub, nəsə düşündü. Sonra əynini geyib evdən çıxdı. Ər evin yanındakı parka gedəcəyini söyləmişdi. Qar ora çatıb, Ərə zəng vurdu. Sonra bir az aralıdan Ər yanında əcaib, uzun bir adamla göründü. Dərisi ağac rəngində olan uzun adam Əri qucağına alıb qaldırırdı, nərə çəkirdi. Gülüşürdülər. Uzun adam elə bil kiməsə necə güclü olduğunu göstərmək istəyirdi. Qara yaxınlaşdılar. Uzun adam çatan kimi qadının üzünə marıtlayıb dedi: “Necə gözəl xanımın varmış. Dəvət eləyin, sizdə bir kofe içim”x9d. Ağac rəngli adam gözlərini Qardan çəkmirdi. Qaşlarını çatıb çox diqqətlə, hərəkətsiz və çözülməz ifadəylə baxırdı Qara. Birdən uzun adam başını yırğalayaraq dilləndi:
”“Bu, real deyil.
Qar heç nə başa düşmədi. Nəsə başa düşmək də istəmirdi. Uzun adam davam elədi:
- Mən gələcəyi görə bilirəm. Yəqin Ər sizə məndən danışıb. Bir yerdə ola bilməzsiz, xa0ayrılacaqsız. Bu, qəti real deyil.
Ər ondan Qara heç nə danışmamışdı. Qar bu adamı ilk dəfə görürdü. Onun nə dediyi də Qara maraqlı deyildi. İndiki durumda yalnız ondan can qurtarmaq istəyirdi. Ərin gözləri yumulurdu, ayaq üstə zorla dayanırdı. Qar uzun adamla birtəhər sağollaşıb Ərdən yapışdı. Onun qollarını öz çiyninə keçirib evə daşıdı. Yolda uzun adamın sözləri beynindən dalğa kimi gəlib keçdi: “Bir yerdə ola bilməzsiz, ayrılacaqsız”x9d. Ər yolda tez-tez büdrəyirdi. Qar onu çətinliklə xa0dartırdı. Ər arada dayanıb kimlərisə söyür, havaya ittihamlar səsləndirirdi. Belə anlarda onu saxlamaq daha çətin olurdu. xa0Həyətə çatdılar. xa0Tərslikdən lift də işləmirdi. Pilləkənlə qalxdılar. Qar evə girən kimi onu hamama, suyun altına basdı. Sonra da çarpayıya uzadıb evdən çıxdı.
x0c
Bu nə şəhər idi belə? Hər kəs başını aşağı sallamışdı. Hamı fikirliydi, adamların xa0üz-gözündən qayğı süzülürdü yerin dibinə.
Yolun kənarında bir ağac gördü. Qədim və tək bir ağac. Altında kimsə kölgələnirdi. Hər halda, Qara uzaqdan elə gəldi ki, o adam kölgələnir. Hər kəsin qayğılı-qayğılı gedib-gəldiyi bu şəhərdə kiminsə özünü ağacın altına verməsi Qara maraqlı göründü. Yaxınlaşdı. Adam tərpənmədən uzanmışdı. Başının üstündə dayanıb bir xeyli baxdı. Ətrafa yayılan spirt iyi Qarın burnuna doldu. Adamın qucağında boş araq şüşəsi gördü. xa0Birdən ona elə gəldi ki, bu, Ərdi. Çox oxşayırdı, ən çox da şüşəsi. Yenə uzun adam yadına düşdü. xa0Fikrən haralarasa getdi, nələrsə elədi, düşüncələrində azıb qaldı, yatanları, oyaqları fikirləşdi, qayğılı adamları, onlardan yerin dibinə süzülən və yerin təkində yaranan qayğı qatını düşündü. Yadına düşdü ki, Əri evdə yatan yerdə qoyub çıxıb. Deməli, bu, Ər ola bilməz. Deməli, bu kimdisə başqa biridi. Buna sevindi. Bu da ərdi. Görən, özü kim olduğunu bilirmi? Niyə burda uzanıb? Niyə bu qədər içib? Niyə durub evinə getmir və niyə də evinə getməlidi? Bəlkə, evi yoxdu, bəlkə, elə bu ağacın altıdı onun evi? Niyə bu ağacın altında yaşamaq olmaz? Niyə ağacın altı kiminsə evi ola bilməz? Kimindi bu ağac?.. İndi polis gələcək, sürüyüb aparacaq bu adamı. Polisin belə bir haqqı varmı?.. İçkili adam yaxşı adam deyil? Ayıqlar hamısı yaxşıdı? Kimə yaxşı deyirik? Bütün yaxşılar bizə yarıyanlardı? Çox içən adam kimə ziyan edir? Özünəmi, başqalarınamı? Mən niyə içkili adamla yaşaya bilmirəm? Çünki rahatlığımı pozur, sakitliyimi əlimdən alır. Qorxuludu içkili adamla yaşamaq. Ağlı üstündə olmur, özünə cavabdeh deyil. Ancaq daha çox özünə ziyan vurur. Sağlamlığına, ağlına, işinə, həyatına. Gərginlik yaradır, heç vaxt sözünü tutmur, içkili olanda bir şey, ayıq olanda başqa şey deyir. Özünə olan güvəni itirir. Nə dost, nə sevgili ola, nə iş görə bilir. Yalnız itirə bilir.
”“ Tanıyırsız bu adamı?
Sual Qarın uzun-uzadı fikirlərini bıçaq kimi ortadan kəsdi. Özünü itirdi. Həyəcandan sağ əlini bir neçə dəfə saçına çəkdi. Polislər idi. Sualı hansı vermişdi, bilmədi. Öncə “hə, tanıyıram”x9d dedi. Sonra diqqətlə baxdı, ağlı qarışdı, çaşıb qaldı. Özünü toparlayıb bir də baxdı, yaxşı görə bilmirdi, gözləri qaralırdı. Yerə sərilən adam Ər deyildi. Qar tələsik “yox, tanımıram”x9d deyib, arxaya çəkildi. Polislərdən biri Qarı diqqətlə süzdü. Qar:
”“ Gördüm, yıxılıb... - deyib susdu.
”“ Aydındı, - polis başını çevirdi. Adamı sürüyüb maşına basdılar. Maşın gözdən itənə kimi Qar yerində donub qaldı. Ona elə gəlirdi ki, indicə Əri apardılar, bilinməz və dönülməz bir yerə.
Ardı var...





































































































