Azərbaycanın hərbi prokuroru: “Orduda baş verən intihar hadisələri 55% azalıb”x9d

Azərbaycanın hərbi prokuroru: “Orduda baş verən intihar hadisələri 55% azalıb”x9d

Hazırda oxunan: Azərbaycanın hərbi prokuroru: “Orduda baş verən intihar hadisələri 55% azalıb”x9d
98273
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
2003-cü illə müqayisədə 2015-ci ildə adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55%, digər səbəblərdən ölümlər isə 10% azalıb.

Moderator.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı ilə bağlı “Xalq”x9d qəzetində dərc olunan məqaləsində qeyd olunub.
 
X. Vəliyev məqaləsində bildirib ki, son illərdə hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində üzərinə düşən vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması istiqamətində məqsədyönlü qabaqlayıcı tədbirlərin görülməsini təmin edib. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb. Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çox şaxəli tədbirlərin, eləcə də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olub. 2003-cü illə müqayisədə 2015-ci ildə qəsdən adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55%, digər səbəblərdən ölümlər isə 10% azalıb. 2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalıb, cari ildə zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri ümumiyyətlə qeydə alınmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO