Ukrayna həlak olan daha 25 hərbçinin cəsədini geri qaytardı

Ukrayna həlak olan daha 25 hərbçinin cəsədini geri qaytardı

Hazırda oxunan: Ukrayna həlak olan daha 25 hərbçinin cəsədini geri qaytardı

85506

Cenevrə Konvensiyasının normalarına uyğun olaraq, daha 25 ölən əsgərin cəsədi Ukraynanın nəzarətində olan əraziyə qaytarılıb.

Bizim.Media “Ukrayinska Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal olunmuş Ərazilərinin Reinteqrasiyası məsələləri üzrə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Həlak olan əsgərlərin cəsədlərinin təhvil verilməsi üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 25 müdafiəçisinin cəsədini geri qaytarıb”, - bəyanatda deyilir.

Əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko və hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib. İyulun 19-da ölkə daha 45 hərbçisinin meyitini nəzarətində olan əraziyə qaytarıb.
İyulun 3-də məlum olub ki, ümumilikdə Rusiya ilə genişmiqyaslı müharibə zamanı 400-dən çox cəsəd qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO