Ənvər Paşanın şəxsi əşyaları hərraca çıxarıldı

Ənvər Paşanın şəxsi əşyaları hərraca çıxarıldı

Hazırda oxunan: Ənvər Paşanın şəxsi əşyaları hərraca çıxarıldı
83593
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Türkiyə Cümhuriyyətinin tarixi şəxsiyyəti olan Ənvər Paşanın şəxsi əşyalarının satıldığı hərrac ötən gün start götürüb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bir hissəsi hərbi muzey, digəri isə Yıldız sarayı muzeyinə qoyulan əşyaların bir neçəsini kolleksiyaçılar alıb. Belə ki, tarixi şəxsiyyətə aid olan 122 ədəd əşyanın arasında zabitlik diplomu, hərbi forma, kepka, medallar, hərbi xəritə və fotoşəkillər, Ənvər Paşanın öz əli ilə çəkdiyi şəkillər, həyat yoldaşı Naciyə xanıma aid fotolar, həmçinin sultan Rəşadın hədiyyə etdiyi qızıl və gümüş işləməli qılınc, o cümlədən "Purdey" markalı tüfəng var.

Hərracda Ənvər paşanın "Allah bizimlədir" yazılmış mərasim qılıncı 12 min, sultan Rəşadın hədiyyə etdiyi qılınc 170 min və 1888-ci ildə istehsal olunmuş tüfəng 225 min, qamçısı 50 min, Yapon İmperatorluğu tərəfindən hədiyyə olunan harakiri bıçağı 40 min, döyüş zamanı boynundan asdığı kiçik "Qurani- Kərim" 15 min, möhürləri hər biri 20 min və xüsusi bayrağı 80 min lirəyə satılıb.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO