Hindistan prezidenti və İsveç kralının ailə üzvləri qəzaya düşüblər

Hindistan prezidenti və İsveç kralının ailə üzvləri qəzaya düşüblər

Hazırda oxunan: Hindistan prezidenti və İsveç kralının ailə üzvləri qəzaya düşüblər

80103
Dörd avtomobil toqquşub.

Hindistan prezidenti Pranab Mukerci və İsveç kral ailə üzvləri qəzaya düşüblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Local portalı yerli KİV-ə istinadən xəbər verir.

Local-ın məlumatına əsasən, hadisə iyunun 2-si axşam saatlarında İsveçin Uppsala şəhəri yaxınlığında baş verib. Hindistan prezidentinin kortejin tərkibində hərəkət edən 4 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Onlar hamısı xəstəxanaya yerləşdirilib.

Yerli polisin verdiyi məlumata görə, Hindistan prezidenti Pranab Mukerci, həmçinin İsveç kralının ailə üzvləri ”“ şahzadə Viktoriya və onun həyat yoldaşı Daniyel qəza nəticəsində xəsarət almayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO