Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisində atışma

Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisində atışma

Hazırda oxunan: Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisində atışma

76895
ABŞ-ın Texas ştatının Qarlend şəhərində polis Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisinin yaxınlığında atəş açan iki nəfəri güllələyib, NBC News xəbər verir. xa0

Bildirilir ki, həmçinin sərgi mühafizəçilərindən də bir nəfər yaralanıb, Oxu.Az xəbər verir.

Polis yaxınlıqdakı biznes-mərkəzin əməkdaşlarını təxliyyə edir, məlumatda qeyd olunur.

Bildirilir ki, polis yaxınlığında atışma baş vermiş biznes mərkəzini mühasirəyə alıb. Qeyd olunur ki, içərisində partlayıcı qurğu olan şübhəli avtomobil aşkarlanıb.

Şübhəli avtomobili minaaxtaran robot yoxlayır.

Qeyd edək ki, “İslam dövləti”x9d radikal qruplaşması Amerikanın Qarlend şəhərində Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş etdirildiyi sərgi yaxınlığında baş vermiş atışmanın məsuliyyətini öz üzərinə götürüb. Bu barədə Frans Press məlumat yayıb. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO