Blokadaya alınmış Mariupolda daha 10 min insan ölə bilər – ŞƏHƏR MERİ

Hazırda oxunan: Blokadaya alınmış Mariupolda daha 10 min insan ölə bilər – ŞƏHƏR MERİ

73805

Blokadaya alınmış Mariupol şəhərində xəstəliklər və dözülməz şərait səbəbindən ilin sonunadək 10 mindən çox insan həyatını itirə bilər.

Bizim.Media Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Mariupolun meri Vadim Boyçenko bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə 150-170 min insan qalıb. Mer qeyd edib ki, şəhərdə dərman, tibbi yardım, su yoxdur, kanalizasiya yaxşı işləmir. Buna görə də epidemiya yaranması ehtimalı çox böyükdür.

“Bizim insanlar ölüm təhlükəsi ilə qarşı-qarşıyadır. Odur ki, şəhər tam təxliyə olunmalıdır”, - Boyçenko belə deyib.

Mer onu da bildirib ki, Rusiyanın hərbi təcavüzünün başlanğıcından bəri şəhərdə 20 minədək dinc sakin həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO