Kadırov Zelenskini “şizofren” ADLANDIRDI: “Bir neçə günə işinizi bitirəcəyik” 

Hazırda oxunan: Kadırov Zelenskini “şizofren” ADLANDIRDI: “Bir neçə günə işinizi bitirəcəyik” 

70209

Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram”da Ukrayna prezidenti Volodimir Zelenskiyə yeni müraciət dərc edib.

Bizim.Media xəbər verir ki, səsli mesajın yayımlanmasına səbəb Zelenskinin Ukraynanın Rusiya ilə daha 10 il mübarizə aparacağını söyləməsi olub.

“Mən burada oxudum ki, Zelenski 10 il döyüşməyə hazır olduğunu bəyan edib. Axmaq! Bizim o qədər vaxtımız yoxdur. Bir neçə günə sizin işinizi bitirəcəyik. Məncə, sən şizofrensən. Böyük qardaşın Baydenin yanına get”, – deyən Kadırov Ukrayna prezidentini hədələyib. 
Qeyd edək ki, bir gün əvvəl Çeçenistan rəhbəri “Telegram”da videomüraciətində bildirib ki, indi Ukraynada “xüsusi əməliyyat” başlayır və çeçen hərbçiləri “yaxşı nəticələr” göstərəcək. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO