Ukrayna Rusiyanın son itkilərini açıqladı: “1 təyyarə, 1 helikopter, 5 PUA..."

Hazırda oxunan: Ukrayna Rusiyanın son itkilərini açıqladı: “1 təyyarə, 1 helikopter, 5 PUA..."

70024

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki durumla bağlı operativ məlumat yayıb.

Bizim.Media xəbər verir ki, nazirlik Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunun davam etdiyini bildirib.

Rəsmi informasiyaya əsasən, Slobojanski istiqamətində qarşı tərəfin şəxsi heyətinin tərkibində və mövqeyində heç bir dəyişiklik yoxdur. 

“Onlar Xarkov şəhərini qismən mühasirəyə almağa və onun yaşayış məntəqələrini atəşə tutmağa davam edirlər. Donetsk və Tavriya istiqamətlərində Mariupola aviazərbələr endirilir. Rusiya qoşunları dəniz limanı yaxınlığında hücum əməliyyatları həyata keçirib.

810 və 155-ci ayrı-ayrı dəniz piyada briqadalarının bölmələri desant dəniz əməliyyatı üçün hazırlanır. Hazırda məlumat dəqiqləşdirilir. Müvəqqəti işğal edilən ərazilərdə mülki əhaliyə qarşı talanlar və zorakılıq davam edir.

Son sutka ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 10 hücumu dəf edilib. Həmçinin 5 tank, 24 zirehli texnika və 3 artilleriya sistemi, 1 təyyarə, 1 helikopter, 5 PUA və 6 qanadlı raket vurulub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO