Donetsk və Luqansk istiqamətində 5 hücum dəf edildi – Ukrayna Baş Qərargahı  

Hazırda oxunan: Donetsk və Luqansk istiqamətində 5 hücum dəf edildi – Ukrayna Baş Qərargahı  

66682

"Müdafiə qüvvələrini Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində əməliyyatları davam etdirir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Otuz üç gündür ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hücumuna qarşı müqavimət göstərir. Topolskoye, Kamenka, Suxaya Kamenka yaşayış məntəqələri ərazilərində müdafiə döyüşləri davam edir. Bundan əlavə, qoşunlarımızın qruplaşmaları Qulyaipol və Zaporojye yaşayış məntəqələri istiqamətində qarşı tərəfin irəliləyişini effektiv şəkildə dayandırır”, - deyə məlumatda qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiyanın daha 7 hərbi təyyarəsi, 1 helikopteri məhv edilib” - Ukrayna Müdafiə Nazirliyi


Bildirilib ki, Kiyev şəhərinin qüvvə və müdafiə vasitələrinin qruplaşdırılması əsas yollara və yaşayış məntəqələrinə nəzarəti ələ keçirmək üçün şimal-qərbdən və şərqdən müdafiəni yarmağa çalışan düşmənin qarşısını alır”.

Eyni zamanda, Donetsk və Luqansk istiqamətində Birləşmiş Qüvvələrin qruplaşması sutka ərzində düşmənin 5 hücumunu dəf edib.

"Ukrayna əsgərləri 2 tank, bir piyada döyüş maşını və bir texnikanı məhv edib. Düşmən də canlı qüvvə itkisi verib. Sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir", - Baş Qərargah yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO