
- A-
- A
- A+
Dünyada İLK: 24 əyarlı qızıldan piyada yolu salınacaq
Dubayın Gold District (Qızıl rayon) ərazisində bu ilin sonunadək 24 əyarlı qızıldan hazırlanmış piyada yolunun istifadəyə verilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times of India” nəşri yazıb.
Məlumata görə, dünyada ilk belə layihə olacaq yolun dünyanın müxtəlif ölkələrindən turistlərin diqqətini cəlb edəcəyi gözlənilir. Yeni turistik məkan Dubayın qiymətli metallar üzrə qlobal ticarət mərkəzi statusunu daha da möhkəmləndirmək məqsədi daşıyır.
Layihə barədə elan Gold District ərazisində həyata keçirilməsi nəzərdə tutulan yeni irimiqyaslı təşəbbüslərin təqdimatı zamanı verilib. Təşkilatçılar qızıl yolun rayonun turizm və infrastruktur imkanlarının genişləndirilməsinə töhfə verəcəyini bildiriblər.
Qeyd edək ki, layihənin təqdimatı ilə eyni gündə ərazidə dünyanın ən ağır qızıl sırğalarının hazırlanmasına görə “Ginnesin Rekordlar Kitabı”na daxil edilmə mərasimi də keçirilib.
Yerli hakimiyyət orqanları bu cür rekordların və qeyri-adi turizm obyektlərinin 2026-cı ilin qış mövsümündə Dubaya gələn turistlərin sayını əhəmiyyətli dərəcədə artıracağına ümid edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































