Rusiya xəbər kanallarının “Youtube” hesabları Azərbaycanda bloklandı – FOTOFAKT

Hazırda oxunan: Rusiya xəbər kanallarının “Youtube” hesabları Azərbaycanda bloklandı – FOTOFAKT

64360

“Youtube” Rusiya hökuməti tərəfindən maliyyələşdirilən media kanallarını bloklayıb.  

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, onlayn video platforması Rusiyanın Ukraynaya hücumu zamanı zorakılıq hadisələrini inkar edən, minimallaşdıran və əhəmiyyətsiz göstərməyə çalışan kanallara qarşı bu addımı atıb.  

Sözügedən formada paylaşılan videoların isə ümumiyyətlə yutubdan silinəcəyi bildirilib.

“Youtube”un sözcüsü Fərzad Şahdlunun sözlərinə görə, Rusiya xəbər kanallarının bloklanması platformanın siyasətinə tam uyğundur.   

Dünən gecə saatlarından etibarən, azərbaycanlı istifadəçilər də Rusiyanın bir sıra xəbər kanallarının "Youtube"dakı paylaşımlarını izləyə bilmirlər.

Qeyd edək ki, “Youtube” daha əvvəl Rusiya hökuməti tərəfindən dəstəklənən “Sputnik” və “RT” kanallarının Avropada yayımını bloklamışdı.  



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO