Ukrayna səfiri azərbaycanlılardan kömək istədi - FOTO

Hazırda oxunan: Ukrayna səfiri azərbaycanlılardan kömək istədi - FOTO

63599

Ukraynanın Azərbaycandakı səfirliyi müharibədən əziyyət çəkən ukraynalı qadınlara dəstək məqsədilə xeyriyyə aksiyası keçirir.

Bizim.Media xəbər verir ki, bununla bağlı səfir Vladislav Kanevski "Twitter" hesabında paylaşım edib.

"Rusiyanın Ukraynaya təcavüzü nəticəsində dinc əhali əziyyət çəkməkdə davam edir. Hər gün Ukrayna şəhərlərinə raket zərbələri endirilir, nəticədə məktəblər, xəstəxanalar, doğum evləri dağıdılır.

Ukraynanın Azərbaycandakı Səfirliyi Rusiyanın işğalından zərərçəkmiş ukraynalı qadınlara dəstək məqsədilə xeyriyyə aksiyası keçirməyə təşəbbüs irəli sürür.

Biz zorakılığa qarşı birləşməliyik. Birləşək və kömək edək!”,- paylaşımda deyilir.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO