Ermənilərin bizə hücumu artdı

Ermənilərin bizə hücumu artdı

Hazırda oxunan: Ermənilərin bizə hücumu artdı

63189
"Keçən il ilə müqayisədə Azərbaycana olunan kiberhücümlar 30% artıb ". Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Elektron Təhlükəsizliyi Mərkəzinin rəhbəri Faiq Fərmanov bildirib.

O, qeyd edib ki, saytlara hücumlar hər gün olur. Lakin bu hücumların bəzisi uğurlu, bəzisi isə uğursuz alınır. Buna görə də hər bir resurs öz sistemini özü qorumalıdır. Dövlət qurumlarının saytlarının təhlükəsizliyini isə Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) qoruyur. 

Faiq Fərmanov qeyd edib ki, "kiberfəzada hücumlar olarkən kimlər tərəfindən bu addımın atıldığını bir mənalı müəyyən etmək mümkün olmur. Çünki Ermənilər bəzən Çin ipləri ilə saytlara hücum edə bilirlər. Hücum edən tərəf bunu özü bəyan etmədikdə, bunu müəyyən etmək çətinləşir". Lakin keçirilən monitorinqlər zamanı edilən kiberhücumları müəyyən edirik. 

Onu da qeyd edək ki, bir neçə gün öncə ermənilərin Azərbaycanın məxfi sənədlərini ələ keçirdikləri xəbəri yayılmışdı.

Ermənistan mətbuatında bir erməni xaker qrupunun Azərbaycan dövlət qurumlarının saytlarına kiber hücum təşkil etdiyi iddia edilirdi. Bildirilirdi ki, xakerlər nazirliklərin saytına hücum edərək vurulmuş erməni helikopteri və cəsədlərlə bağlı məxfi məlumatlar əldə ediblər.

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov isə yayılan məlumatların yalan olduğunu vurğulamışdı.(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO