İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb

İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb

Hazırda oxunan: İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb
629208
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nüvə İranına Qarşı Birlik (UANI) təşkilatı bildirib ki, 14 iyunda ABŞ ilə Anlaşma Memorandumun imzalanmasından sonra Oman körfəzindən yola düşən İran nefti və neft-kimya məhsulları daşıyan 66 tankerin hərəkəti izlənilib.

Bizim.Media xəbər verir ki, təşkilatın hesablamalarına əsasən, həmin yüklərin ixracı nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 6 milyard dollardan çox gəlir əldə edib.

UANI bildirib ki, bu vəsaitlər İranın raket və dron proqramlarının maliyyələşdirilməsinə yönəldilir.

Təşkilat qeyd edib ki, Çinə ixrac olunan İran neftinin dəqiq həcmi və satış qiymətləri açıqlanmadığı üçün hesablamalar təxmini xarakter daşıyır. UANI-nin qiymətləndirməsinə görə, İran nefti beynəlxalq bazar qiymətindən hər barel üçün təxminən 10–12 dollar aşağı qiymətə satılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO