ABŞ İrana qarşı neft blokadasını aradan qaldıracaq? - Hələ yekun razılaşma yoxdur

ABŞ İrana qarşı neft blokadasını aradan qaldıracaq? - Hələ yekun razılaşma yoxdur

Hazırda oxunan: ABŞ İrana qarşı neft blokadasını aradan qaldıracaq? - Hələ yekun razılaşma yoxdur

628989

ABŞ-ın İrana qarşı tətbiq etdiyi neft blokadasının aradan qaldırılması ehtimalı yaranıb.

Bizim.Media xəbər verir ki, Associated Press agentliyinin regional rəsmiyə istinadən yaydığı məlumata görə, Vaşinqtonun yeni təklifi nüvə danışıqlarından kənara çıxaraq qarşılıqlı deeskalasiya addımlarını nəzərdə tutur.

Məlumata əsasən, təklif Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasını, eləcə də regionda hücumların dayandırılmasını ehtiva edir.

Buraya İran tərəfindən dəstəklənən qruplaşmaların İraq, Körfəz ölkələri və İordaniyaya qarşı mümkün hücumlarının dayandırılması da daxildir.
 

Bunun müqabilində ABŞ-ın İrana qarşı dəniz blokadasını dayandıracağı və Tehrana neft ixracını bərpa etməyə imkan verəcəyi bildirilir.


Mənbə qeyd edib ki, bu şərtlər əsasında hələ yekun razılaşma əldə olunmayıb. Lakin vasitəçilər belə bir sazişin hazırlanması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO