Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Hazırda oxunan: Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO
628306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ötən gecə Ukrayna ərazisində hərbi obyektlərə qarşı uzaqmənzilli yüksək dəqiqlikli silahlar və zərbə PUA-ları ilə kütləvi hücum həyata keçirilib.

Bizim.Media xəbər verir ki, nazirliyin məlumatına görə, quru, hava və dəniz bazalı silahlarla, eləcə də zərbə tipli pilotsuz uçuş aparatları ilə endirilən zərbələr nəticəsində hərbi aerodromlar, hərbi-sənaye kompleksinə məxsus müəssisələr, hərbi telekommunikasiya və logistika mərkəzləri vurulub.
 

Bildirilib ki, hədəfə alınan obyektlər raket silahlarının və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının istehsalı, saxlanılması və daşınmasında, həmçinin hava məkanına nəzarət sisteminin fəaliyyətinin təmin edilməsində istifadə olunurdu.


Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, zərbələr zamanı "Yujnıy" limanında bir yük gəmisi, həmçinin Odessa şəhərinin şərqində və cənubunda silah və hərbi texnika daşıdığı iddia edilən daha iki yük gəmisi, Kiyev və Lvov şəhərləri də vurulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO