Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Hazırda oxunan: Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV
628219
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Haaretz” qəzeti iki mənbəyə istinadən məlumat yayıb.
 
Bir mənbə qəzetə bildirib ki, Zelenskinin ofisi əvvəlcə görüş təşkil etmək məqsədilə Netanyahunun ofisi ilə əlaqə saxlayıb, lakin İsrail tərəfi heç bir cavab verməyib.
 
Ukrayna tərəfindən olan digər bir mənbə isə "Haaretz"ə verdiyi müsahibədə iddia edib ki, əslində görüş təklifi ilk olaraq Netanyahunun ofisindən gəlib, lakin Zelenskinin ofisi buna razılıq verdikdən sonra İsrail tərəfindən heç bir cavab olmayıb, ta ki iyulun 28-də İsrail rəsmiləri Baş nazirin vaxt çatışmazlığı səbəbindən Zelenski ilə görüşə bilməyəcəyini açıqlayana qədər.
 
Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO