İsveçrədə kanalizasiya ilə hər il 6 milyonluq qızıl axır

İsveçrədə kanalizasiya ilə hər il 6 milyonluq qızıl axır

Hazırda oxunan: İsveçrədə kanalizasiya ilə hər il 6 milyonluq qızıl axır
628201
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveçrədə aparılan araşdırma çirkab sularına hər il xeyli miqdarda qiymətli metalın qarışdığını üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, İsveçrə Federal Su Elmləri və Texnologiyaları İnstitutunun (EAWAG) məlumatına görə, ölkədə kanalizasiya sistemi vasitəsilə hər il təxminən 43 kiloqram qızıl və 3 ton gümüş itkiyə gedir.

Mütəxəssislər hesab edirlər ki, bu qiymətli metalların ümumi dəyəri təxminən 3 milyon İsveçrə frankı (6 milyon manat) təşkil edir.

Araşdırmaya əsasən, ən yüksək qızıl konsentrasiyası Ticino kantonunda qeydə alınıb. Alimlər bunu bölgədə fəaliyyət göstərən qızıl emalı müəssisələri ilə əlaqələndirirlər.

Bundan başqa, çirkab sularında sənaye və yüksək texnologiyalarda istifadə olunan bəzi nadir metallar da aşkar edilib. Bununla belə, ekspertlər bildirirlər ki, mövcud texnologiyalar və xərclər nəzərə alındıqda bu metalların kanalizasiya sularından çıxarılması hələlik iqtisadi baxımdan məqsədəuyğun hesab edilmir. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO