Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi - VİDEO

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi - VİDEO

Hazırda oxunan: Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi - VİDEO
627874
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp İsrailin ABŞ-ın dəstəyi olmadan mövcudluğunu davam etdirə bilməyəcəyini bildirib.

Bizim.Media  xəbər verir ki, bu barədə ABŞ lideri Vaşinqtondan Miçiqan ştatına səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Bilirsiniz, bizsiz kim sağ qalmazdı? İsrail", – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, bu fikri əsasən İran ətrafındakı vəziyyət kontekstində səsləndirir. Onun sözlərinə görə, əgər ABŞ administrasiyası İranın nüvə proqramına qarşı sərt addımlar atmasaydı, İsrail ciddi təhlükə ilə üz-üzə qalardı.

Tramp bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən İranın nüvə obyektlərinə endirilən zərbələr İsrailin təhlükəsizliyinin təmin olunmasına xidmət edib.

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO