“Financial Times”: “Çin ABŞ hərbi peyklərini nəzarətə almaq üçün kibersilahlar hazırlayır”

“Financial Times”: “Çin ABŞ hərbi peyklərini nəzarətə almaq üçün kibersilahlar hazırlayır”

Hazırda oxunan: “Financial Times”: “Çin ABŞ hərbi peyklərini nəzarətə almaq üçün kibersilahlar hazırlayır”

627755

Çin Tayvanla potensial müharibə şəraitində düşmən peyklərinə “nəzarəti ələ keçirmək” üçün kibersilahlar üzərində işləməyə başlayıb.

Bu barədə “Financial Times” qəzeti yazıb.

ABŞ kəşfiyyatının məlumatına görə, Pekin öz ordusunun qarşısına Rusiyanın hazırda Ukraynada etdiyindən qat-qat artıq vəzifələr qoyub. Belə ki, çinlilər düşmən peyklərinin idarəetmə siqnallarını təqlid etməyi öyrənmək istəyirlər ki, onları nəzarət altına almaq və ya döyüşün kritik anlarında onları sıradan çıxarmaq mümkün olsun.

“ABŞ hərbi rəsmiləri Çinin hərbi kosmik texnologiyanın, o cümlədən peyk rabitəsinin inkişafında önəmli irəliləyiş əldə etdiyi barədə xəbərdarlıq ediblər”.

Tayvanın da Ukrayna ordusu üçün peyk rabitəsinin vacibliyinə diqqət çəkdiyi də məlumdur. Taybey indi də Çinin hücumuna tab gətirə biləcək kommunikasiya infrastrukturu qurmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO