Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Hazırda oxunan: Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

627659

Kabarda-Balkariyada (RF) Elbrus dağında əvvəllər itkin düşmüş hesab olunan üç alpinistin meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Bosniya və Herseqovinadan olan təcrübəli alpinistlər qrupunda ümumilikdə yeddi nəfər olub, onlardan yalnız ikisi xilas edilib.

"İstintaqın versiyasına görə, iyulun 24-də xarici dövlət vətəndaşı olan yeddi alpinistdən ibarət qrup Elbrus dağına dırmaşırdı. Növbəti günün axşamı hava şəraitinin sürətlə pisləşməsi səbəbindən qrup marşrutdan azıb.

Alpinistlərdən biri dağdan enərək iki iştirakçının 5,1 min metr hündürlükdə özlərini pis hiss etdiklərini və vəfat etdiklərini bildirib. Sonradan xilasedicilər tərəfindən sağ qalan daha bir alpinist və vəfat etmiş daha üç alpinistin meyiti aşkar edilib", - məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO