Xarkova hava hücumu Rusiya ərazisindən həyata keçirilib – ÖLƏNLƏR VAR

Hazırda oxunan: Xarkova hava hücumu Rusiya ərazisindən həyata keçirilib – ÖLƏNLƏR VAR

62679

“Bir gün əvvəl Rusiyanın Tu-22M strateji bombardmançı təyyarəsi Ukrayna ilə sərhədi keçmədən Xarkova hava-yer raketləri ilə hücum etdi”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Departament qeyd edib ki, Tu-22M3 təyyarəsi sərhəddən kənarda olarkən Xarkovda mülki əhaliyə yüksək dəqiqlikli silahlarla - hava-yer raketləri ilə hücum edib.

Ukrayna Silahlı Qüvvələri nəticədə şəhərin hündürmərtəbəli binalarının, məktəblərin, uşaq bağçalarının və digər infrastrukturun məhv edildiyini xatırladıb.
"İlkin məlumatlara görə, bu hava zərbələri nəticəsində onlarla Xarkov sakini, o cümlədən uşaqlar həlak olub", - məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO