Pezeşkian: "İranda bütün qərarlar Xameneidən soruşulur”

Pezeşkian: "İranda bütün qərarlar Xameneidən soruşulur”

Hazırda oxunan: Pezeşkian: "İranda bütün qərarlar Xameneidən soruşulur”

626664

İran Prezidenti Məsud Pezeşkian ölkə rəhbərliyinin Ali lider Müctəba Xamenei ilə ünsiyyət səviyyəsinin yüksəldiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Prezident qeyd edib ki, artıq bütün qərarlar ali liderin birbaşa göstərişlərinə uyğun olaraq qəbul edilir.

"Gözəl liderimizlə kommunikasiyanın yaxşılaşması və ona çıxış imkanlarımızın genişlənməsi sayəsində bütün addımlarımız onun təlimatlarına uyğun şəkildə təşkil olunur", – deyə Pezeşkian bildirib.
 

Digər tərəfdən, iyulun 18-də məlum olub ki, Məsud Pezeşkian sentyabr ayında Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək BRICS sammitində iştirak edəcək.


Qeyd edək ki, sayca 18-ci BRICS sammiti 2026-cı il sentyabrın 12–13-də baş tutacaq. Bu il təşkilata sədrlik edən ölkə Hindistandır. Tədbirin əsas mövzusu "Davamlılığın, innovasiyaların, əməkdaşlığın və dayanıqlı inkişafın gücləndirilməsi" olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO