SON DƏQİQƏ! ABŞ İranla daha genişmiqyaslı müharibəyə HAZIRLAŞIR

SON DƏQİQƏ! ABŞ İranla daha genişmiqyaslı müharibəyə HAZIRLAŞIR

Hazırda oxunan: SON DƏQİQƏ! ABŞ İranla daha genişmiqyaslı müharibəyə HAZIRLAŞIR

626330

ABŞ-ın Müdafiə Nazirliyi İranla daha genişmiqyaslı müharibə planlaşdırır və regiona yerləşdirilən hərbi təyyarələrin sayını artırır.

Bizim.Media xəbər verir ki, bu barədə "Washington Post" qəzeti Tramp administrasiyasındakı rəsmiyə istinadən məlumat yayıb.
 

Həmin rəsminin sözlərinə görə, ABŞ-ın əməliyyatlarının hər hansı şəkildə genişləndirilməsi hava hücumundan müdafiə və uzaq mənzilli sursat ehtiyatlarının tükənməsi, həmçinin döyüşlər nəticəsində yaranan ziyan səbəbindən bölgəyə əlavə qoşun və təyyarələrin sürətlə yerləşdirilməsi imkanlarının məhdudluğu ilə əngəllənəcək.


"Əməliyyatları təhlükəsiz şəkildə həyata keçirmək üçün kifayət qədər resursumuz yoxdur və düşünmürəm ki, Ağ Ev administrasiyası bundan xəbərdardır", – deyə ABŞ administrasiyasının adı açıqlanmayan bir rəsmisi nəşrə bildirib.

Melisa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO