Yəməndə İran tərəfindən dəstəklənən "Ənsar Allah" hərəkatı (husilər) Səudiyyə Ərəbistanına qarşı dərhal qüvvəyə minən dəniz embarqosu (blokada) elan edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sari bəyanatında bildirib.
Hutilərin rəsmi bəyanatında qeyd olunub ki, Səudiyyə Ərəbistanı tərəfindən atılacaq hər hansı növbəti eskalasiya addımı daha "əhatəli və qətiyyətli" cavabla qarşılaşacaq.
Bununla əlaqədar olaraq, hərəkat rəhbərliyi ölkə daxilində hamılıqla səfərbərliyə çağırış edib və öz tərəfdarlarını regional münaqişənin bütün mümkün ssenarilərinə hazır olmağa səsləyib.
Qeyd edək ki, bu qərar son günlərdə Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Sanadakı beynəlxalq hava limanını bombalamasından və husilərin buna cavab olaraq krallığın Abha aeroportuna raket zərbələri endirməsindən sonra qəbul edilib.
Tərəflər arasında yaranan bu kəskin gərginlik 2022-ci ildən bəri qüvvədə olan atəşkəs rejiminin tamamilə pozulması təhlükəsi yaradıb.
Bizim.Media






































































































