Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar - VİDEO

Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar - VİDEO

Hazırda oxunan: Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar - VİDEO
626493
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir qrup vətəndaş "Aid Group" xaricdə təhsil şirkətindən və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, xaricdə təhsil və iş imkanı vədi ilə şirkətə minlərlə manat ödəniş edən şəxslər nə vəd olunan xidmətləri ala, nə də ödədikləri vəsaiti geri qaytara bilirlər.

Şikayətçilərdən Aliyə Əfəndiyeva bildirib ki, şirkətin sosial şəbəkələrdəki reklamlarını gördükdən sonra müraciət edib. Onun sözlərinə görə, üç övladının Kanadada təhsil alması üçün mart ayında şirkətlə müqavilə bağlayaraq 17 min manat ödəyib.
 

Digər şikayətçi Ramin Bedimirzadə isə ABŞ-də təhsil almaq məqsədilə müqavilə əsasında şirkətə 4 350 manat ödədiyini deyib. O bildirib ki, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləğ geri qaytarılıb.


Şikayətçilərin sözlərinə görə, zərərçəkənlərin sayı bununla məhdudlaşmır. İddia edilir ki, şirkətin fəaliyyətindən zərər görən şəxslərin sayı çoxdur və ümumi maddi ziyanın məbləği kifayət qədər böyükdür. Onlar baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

"Aid Group" şirkətinin mövqeyini öyrənmək məqsədilə ofislə əlaqə saxlanılıb. Lakin şirkətin ofisi bağlı olub. Sosial şəbəkə hesablarında göstərilən əlaqə nömrələrinə edilən zənglər də cavabsız qalıb.

Hazırda şikayətçilər ödədikləri vəsaitin geri qaytarılmasını və məsələyə hüquqi qiymət verilməsini gözləyirlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO