Bakı və Tbilisi beynəlxalq yükdaşımalarda kağız sənədlərə son qoyur

Bakı və Tbilisi beynəlxalq yükdaşımalarda kağız sənədlərə son qoyur

Hazırda oxunan: Bakı və Tbilisi beynəlxalq yükdaşımalarda kağız sənədlərə son qoyur
626483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazələrin verilməsi və mübadiləsi prosesinə başlayıb.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq yükdaşımaları həyata keçirən Gürcüstan daşıyıcıları artıq Türkiyədə olduğu kimi, Azərbaycanda da elektron icazələrdən istifadə edəcəklər. Qeyd olunub ki, analoji sistem 2026-cı ilin iyul ayının əvvəlindən Türkiyə ilə daşımalarda da tətbiq edilir.
 

Nazirliyin Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadzenin sözlərinə görə, rəqəmsal sistem inzibati prosedurları sadələşdirir, məlumat mübadiləsini sürətləndirir və kağız sənədlərə ehtiyacı minimuma endirir.


O bildirib ki, elektron icazələrin verilməsi və monitorinqi beynəlxalq yükdaşımalarının idarə olunmasını daha şəffaf və səmərəli edir, daşıma əməliyyatlarının icra müddətini əhəmiyyətli dərəcədə azaldır.

Məlumata görə, Gürcüstan və Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, 2026-cı il üçün bütün növ icazə sənədləri üzrə 1000 elektron icazə mübadiləsi həyata keçiriləcək. 2027-ci ildən isə sistemin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO