İspaniya dünya çempionu oldu, futbolçuların verdiyi maraqlı VƏDLƏR gündəmə gəldi

İspaniya dünya çempionu oldu, futbolçuların verdiyi maraqlı VƏDLƏR gündəmə gəldi

Hazırda oxunan: İspaniya dünya çempionu oldu, futbolçuların verdiyi maraqlı VƏDLƏR gündəmə gəldi

626446

2026-cı il dünya çempionatı başlamazdan əvvəl İspaniya millisinin futbolçuları turnirdə çempion olacaqları təqdirdə bir sıra maraqlı vədlər vermişdilər.

Bizim.Media xəbər verir ki, aif.ru-nun yaydığı məlumata görə, İspaniya yığması dünya çempionu olduqdan sonra azarkeşlər futbolçuların bu vədləri nə vaxt yerinə yetirəcəklərini səbirsizliklə gözləyirlər.

Belə ki, gənc ulduz Lamin Yamal üç həftə ərzində saqqal və bığını qırxmamalıdır. Mark Kukurelya isə yığmanın baş məşqçisi Luis de la Fuentenin portretini bədəninə döymə etdirməyə söz verib.

Bundan başqa, Qavi (Pablo Martin Paes Qavira) saçlarını çəhrayı, Pedri (Pedro Qonsales Lopes) isə sarışın rəngə boyamalıdır.

Xatırladaq ki, dünya çempionatının finalında İspaniya millisi Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın yeganə qolunu 106-cı dəqiqədə Ferran Torres vurub.

Bu qələbə sayəsində İspaniya tarixində ikinci dəfə dünya çempionu olub. Komanda ilk dünya çempionluğunu 2010-cu ildə Niderland millisini əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək qazanmışdı. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO