Yeni aldığınız ayaqqabı ayağınızı sıxır? -Bunları sınayın

Yeni aldığınız ayaqqabı ayağınızı sıxır? -Bunları sınayın

Hazırda oxunan: Yeni aldığınız ayaqqabı ayağınızı sıxır? -Bunları sınayın

626418

Dəb dünyasında böyük maraqla qarşılanan yeni ayaqqabıların bəzən dar olması və ayağı sıxması, alış-veriş sevənlərin ən çox qarşılaşdığı problemlərdən biri olaraq qalır.

Bizim.Media “pravda.az”a istinadən sevimli ayaqqabılarınızı zədələmədən onları ev şəraitində rahat və geniş formaya salmağın ən effektiv üsullarını təqdim edir:

Dar ayaqqabını genişləndirmək üçün ayaqqabıları ayağınıza öyrəşdirin

Bəzən ən sadə metodlar ən yaxşı olanlardır. Heç kim ayağına tam oturmayan ayaqqabılarla çölə çıxmaq riskini gözə almaq istəməz. Yeni ayaqqabıları öncəliklə evin içində geyinmək, onların hazırlandığı parçanın və ya dərinin rahatlamasını, beləliklə də çölə çıxdığınızda ayaqlarınızı çox daha rahat hiss etmənizi təmin edir.

Dar ayaqqabını genişləndirmək üçün sprey istifadə edin

Dərini boşaltmaq və daha yumşaq bir hala gətirmək üçün nəzərdə tutulmuş xüsusi spreylər var. Spreyi vurduqdan sonra ayaqqabınızın içinə bir ayaqqabı qəlibi yerləşdirin və mexaniki çubuğu çevirin. Bu üsul ayaqqabınıza zərər vermədən, onun uzunluğunu və genişliyini yavaş-yavaş artırmağa kömək edəcək.

Dar ayaqqabını genişləndirmək üçün bir cüt corab geyinin

Qulağa bəsit gələ bilər, lakin həqiqətən işə yarayır. Çox dar bir hündürdaban ayaqqabının içində hərəkət etməyə çalışırsınızsa, ayaqqabınızı formaya salmaq üçün ehtiyacınız olan tək şey bir cüt corab ola bilər. Qalın bir corab seçin və bir müddət bu formada evdə gəzin.

Dar ayaqqabını genişləndirmək üçün ayaqqabılarınızı dondurun

Öncəliklə ayaqqabılarınızın içinə ağzı möhkəm bağlanmış, su ilə dolu torbalar yerləşdirin (torbaların tam bağlandığından əmin olun, çünki ayaqqabıdakı su zədəsini bərpa etmək çox daha çətindir). Ayaqqabılarınızı su dolu torbalar tamamilə donana qədər buzluqda saxlayın.

Sonra çıxarıb buzun bir az əriməsini gözləyin və buz torbalarını götürün. Ayaqqabınızın materialı əvvəlkinə nisbətən bir az gərilmiş və genişlənmiş olmalıdır.

Dar ayaqqabını genişləndirmək üçün ayaqqabılarınızı isidin

Bu üsul daha praktikdir və buz torbalarının donması üçün bir gecə gözləməyi tələb etmir. Öncəliklə, bir cüt qalın corabla birlikdə ayaqqabılarınızı geyinin. Ayaqqabılarınızı bir tərəfdən saç qurutma feni ilə iki dəqiqə ərzində isidərkən, digər tərəfdən də dar nahiyələri boşaltmaq üçün barmaqlarınızı və ayaqlarınızı bükün, hərəkət etdirin. Dəri soyuyana qədər corabları və ayaqqabıları çıxarmayın. Sonra ayaqqabıları corabsız yoxlayın və ehtiyac yaranarsa, prosesi təkrarlayın. Bu üsulla ayağınıza daha uyğun və rahat ayaqqabılar əldə edəcəksiniz.

Dar ayaqqabını genişləndirmək üçün ayaqqabı ustasına gedin

Ayaqqabıları xüsusi olaraq təmir etmək niyyəti ilə almamalı olsanız da, bəzən peşəkar kömək yeganə çıxış yoludur. Ayaqqabı ustası ayaqqabılarınızın uzunluğunu və ya genişliyini xüsusi genişləndirmə aləti ilə dəyişə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO