Günəşdə partlayışlar olacaq – TARİXLƏR

Günəşdə partlayışlar olacaq – TARİXLƏR

Hazırda oxunan: Günəşdə partlayışlar olacaq – TARİXLƏR

626455

İyulun 20-si və 21-də Günəşdə partlayış aktivliyinin əsasən aşağı səviyyədə qalacağı gözlənilsə də, "M" sinfinə aid partlayışların baş verməsi istisna edilmir.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Mütəxəssislərin fikrincə, iki gün ərzində ümumi Günəş aktivliyi yüksək olmayacaq, lakin sondan əvvəlki güc sinfinə aid — "M" partlayışlarının baş verməsi mümkündür.
 

Alimlər xatırladıblar ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə təsnif edilir və beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum "A0.0" sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Növbəti hər bir sinfə keçid zamanı şüalanmanın gücü on dəfə artır.


Mütəxəssislər onu da qeyd ediblər ki, Günəşdəki partlayışlar plazma axınlarının atılması ilə müşayiət oluna bilər. Əgər bu cür plazma buludları Yerə çatarsa, onlar maqnit fırtınalarının yaranmasına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO