Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqes bildirib ki, 2030-cu il dünya çempionatı 64 yığmanın iştirakı ilə keçirilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə o özünün "X" sosial şəbəkə hesabında məlumat verib.
Dominqes yazıb ki, mundialın növbəti genişləndirilməsi turnirin 100 illik yubileyində — 2030-cu ildə baş tuta bilər. Onun sözlərinə görə, çempionatın startı Uruqvay, Argentina və Paraqvayda baş tutacaq, daha sonra isə matçlara İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə olaraq 32 deyil, 48 komandanın iştirak etdiyi ilk turnir olub.
Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən qəbul edilmiş bu format iştirakçı komandaların coğrafiyasını genişləndirməyə imkan verib və ümumi oyunların sayını 104-ə çatdıraraq turnirə 40 əlavə matç qatıb. Bununla bərabər, FİFA rəhbəri Canni Infantino təşkilatda komandaların sayının 64-ə çatdırılması imkanının nəzərdən keçirildiyini açıqlayıb.
Bizim.Media






































































































