Azərbaycana elektromobil idxalı azalıb – 5 ayın rəsmi statistikası

Azərbaycana elektromobil idxalı azalıb – 5 ayın rəsmi statistikası

Hazırda oxunan: Azərbaycana elektromobil idxalı azalıb – 5 ayın rəsmi statistikası

626442

Bu ilin yanvar-may aylarında Azərbaycan 12,35 milyon ABŞ dolları dəyərində 468 ədəd elektromobil idxal edib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 52 %, kəmiyyət olaraq – 39 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 3,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 65 % az) 161 ədəd (-53 %), Böyük Britaniyadan 3 milyon ABŞ dolları dəyərində (+45 %) 7 ədəd (+40 %), Amerika Birləşmiş Ştatlarından 3 milyon ABŞ dolları dəyərində (-40 %) 193 ədəd (-30 %), Almaniyadan 2,2 milyon ABŞ dolları dəyərində (-70 %) 54 ədəd (-43 %), Meksikadan 317 min ABŞ dolları dəyərində (+4 dəfə) 27 ədəd (+7 dəfə) elektromobil alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşadan tədarük (36,4 min ABŞ dolları dəyərində 1 ədəd) həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO