Şəhid anası dünyasını dəyişdi - FOTO

Şəhid anası dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: Şəhid anası dünyasını dəyişdi - FOTO
626499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayevin anası Əmirova Tamilə Vüsal qızı dünyasını dəyişib. Onun ürək tutmasından dünyasını dəyişdiyi deyilir.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, şəhidin anası dünən yaşadığı Beyləqan rayonunun Sarısu qəsəbəsində dəfn olunub.
 

Vətən müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu kəndində anadan olub. Onun ağır döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıldan keçib. Son döyüşü Qubadlı uğrunda olub.


Vüsal Abdullayev 22 oktyabr 2020-ci ildə Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Bir müddət nəşini götürmək mümkün olmayıb. Noyabr ayının 4-ü Vüsalın nəşi ailəsinə verilib. Elə həmin gün Vüsal doğulduğu Beyləqan rayonu Sarısu kəndinə gətirilib və Beyləqandakı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid anası dünyasını dəyişdi - FOTO - foto 1
Şəhid anası dünyasını dəyişdi - FOTO - foto 2
Şəhid anası dünyasını dəyişdi - FOTO - foto 3


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO