
- A-
- A
- A+
Cəmiyyət
23:04 / 20.07.2026
İsmayıllıda fərdi ev əşyaları ilə birlikdə yanıb kül oldu - VİDEO
Hazırda oxunan: İsmayıllıda fərdi ev əşyaları ilə birlikdə yanıb kül oldu - VİDEO
626486
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İsmayıllıda güclü yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Soltankənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Nadirov Elvin Fəzail oğluna məxsus ümumi sahəsi 40 kv.m olan kürsülü birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evi yanar konstruksiyaları və əşyaları ilə birlikdə yanıb.
Hadisə yerinə İsmayıllı rayon dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanğın söndürülüb və yaxınlığındakı tikililər yanğından mühafizə olunub.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































