İranda Fransa səfirliyinin əməkdaşları SAXLANILDI

İranda Fransa səfirliyinin əməkdaşları SAXLANILDI

Hazırda oxunan: İranda Fransa səfirliyinin əməkdaşları SAXLANILDI

626461

İranın xüsusi xidmət orqanları Fransa səfirliyinin iki əməkdaşını saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "X" sosial şəbəkəsində məlumat verib.
 

"Onlar heç bir əsas olmadan bir neçə saat ərzində saxlanılıb, dindirilib və onlardan biri kobud rəftara məruz qalıb. Nəticədə diplomatlar hazırda təhlükəsiz şəraitdə olduqları səfirliyə qayıda biliblər", — deyə XİN rəhbəri bildirib.


Barro əlavə edib ki, yaxın saatlarda səfirlik əməkdaşları Fransaya qayıdacaqlar. Onun sözlərinə görə, baş verənlər bir "qorxutmaq aktı" və "diplomatik immunitetin pozulması"dır.

Nazir qeyd edib ki, saxlanılan diplomatlar İranda vətəndaş cəmiyyətinə dəstək üzrə Fransa proqramlarının icrası ilə məşğul imişlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO