Məşğulluq Strategiyası ilə bağlı Tədbirlər Planı TƏSDİQLƏNDİ – SƏRƏNCAM

Məşğulluq Strategiyası ilə bağlı Tədbirlər Planı TƏSDİQLƏNDİ – SƏRƏNCAM

Hazırda oxunan: Məşğulluq Strategiyası ilə bağlı Tədbirlər Planı TƏSDİQLƏNDİ – SƏRƏNCAM

626375

“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO