Yas və toy məclislərindəki qidaya necə nəzarət olunur? – AQTA-dan AÇIQLAMA

Yas və toy məclislərindəki qidaya necə nəzarət olunur? – AQTA-dan AÇIQLAMA

Hazırda oxunan: Yas və toy məclislərindəki qidaya necə nəzarət olunur? – AQTA-dan AÇIQLAMA

626405

Azərbaycanda xüsusilə yay aylarında toy, yas mərasimləri və digər tədbirlərdən sonra baş verən kütləvi qida zəhərlənmələri ictimai iaşə obyektlərində təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Bu cür zəhərlənmə hadisələrindən sonra müvafiq qurumlar tərəfindən tədbirlər görülür, lazım olduqda obyektlərin fəaliyyəti dayandırılır.

Bəs belə halların qarşısının alınması üçün hansı qabaqlayıcı tədbirlər görülür? Toy və yas məclislərində qida təhlükəsizliyinə necə nəzarət olunur?

İctimai iaşə obyektlərində nəzarətin necə həyata keçirildiyi, yoxlamaların hansı qaydada aparıldığı əhalini maraqlandıran məsələlərdəndir.
 

MÖVZU İLƏ BAĞLI:

Yas süfrəsinin gizli təhlükəsi: Lavaş necə ölümcül riskə çevrilə bilər?


Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova bildirib ki, ictimai iaşə obyektlərində Agentlik tərəfindən riskəsaslı nəzarət tədbirləri həyata keçirilir.

Yoxlama zamanı müəssisələrdə sanitariya-gigiyena vəziyyəti, qida məhsullarının qəbulu, saxlanması, hazırlanması və təqdim olunması prosesləri, istifadə olunan xammalın təhlükəsizliyi, işçi heyətin şəxsi gigiyenası, texnoloji proseslərin düzgün təşkili, həmçinin qida təhlükəsizliyi prosedurlarının tətbiqi qiymətləndirilir.

Məlumata görə, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda plandankənar yoxlamalar aparılır.

Yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlər görülür.

Qeyd edilib ki, sahibkarlıq subyektləri arasında maarifləndirmə işləri aparılır, qida ilə təmasda olan işçi heyətin gigiyena qaydalarına əməl etməsi, qidaların saxlanma və hazırlanma şəraiti, temperatur rejimi, istifadə olunan xammalın mənşəyi və izləniləbilənliyi, sanitariya-gigiyena tələblərinə riayət olunması istiqamətində mütəmadi tədbirlər görülür.

Həmçinin ictimai iaşə obyektlərinin nümayəndələri üçün qida təhlükəsizliyi sahəsində təlimlər təşkil edilir, metodiki tövsiyələr verilir və qanunvericiliyin tələbləri barədə məlumatlar təqdim edilir.


Agentlik əlavə edib ki, vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO