İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Hazırda oxunan: İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

625537

Litva və Latviya prezidentləri Qitanas Nauseda və Edqars Rinkeviçs NATO-dakı müttəfiqlərinin nüvə silahını öz ölkələrində yerləşdirməyə razıdırlar.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nausedanın sözlərinə görə, etibarlı çəkindirmə sisteminin yaradılmasına yönəlmiş NATO-nun bütün alətlərindən istifadə etmək imkanı qazanmaq üçün belə bir qərar qəbul edilməlidir.

Latviya Prezidenti öz növbəsində vurğulayıb ki, ölkənin əsas qanununda (Konstitusiyasında) bu növ qadağalar yoxdur və Riqa kollektiv və ya milli maraqlar yarandıqda nüvə silahının yerləşdirilməsi barədə qərar qəbul edəcək.
 

Litvada nüvə silahının yerləşdirilməsinə qoyulan moratoriumun ləğv edilməsini nəzərdə tutan və konstitusiyaya dəyişikliklər edilməsi haqqında olan qanun layihəsi iyulun 3-də Litva Seymində (parlamentində) qeydiyyata alınıb.


Sənədi 50 deputat dəstəkləyib. Hazırda respublika konstitusiyasının 137-ci maddəsi kütləvi qırğın silahlarının və xarici dövlətlərin hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsini qadağan edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO