Kadırov Putini Ukraynada genişmiqyaslı əməliyyata başlamağa çağırdı: “Nasistlərlə qurtarmaq lazımdır”

Hazırda oxunan: Kadırov Putini Ukraynada genişmiqyaslı əməliyyata başlamağa çağırdı: “Nasistlərlə qurtarmaq lazımdır”

62222

Çeçenistan prezidenti Ramzan Kadırov öz Telegram kanalında prezident Vladimir Putinə müraciət edərək deyib ki, Ukraynadakı millətçi dəstələrə qarşı kütləvi hücuma başlamaq əmri versin.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “mk.ru” saytında yer alıb.

“Bizim Ukraynada xüsusi əməliyyatımız artıq dörd gündür ki, davam edir”, – Kadırov yazıb. -

"Ancaq mən başa düşə bilmirəm ki, biz Banderovçulara niyə belə dayəlik edirik?”.

Çeçenistan liderinin sözlərinə görə, 1-ci gündən aydın idi ki, millətçilər gücdən başqa heç nə anlamayacaqlar.

Kadırov yazır ki, Banderovçuların əlindən Xarkov və Kiyevi “Tiqr”, “Ural” və UAZ-larla “almaq” mümkün deyil. 

“Onlar dişlərinə qədər yeni silahlar, döyüş sursatı, ən son nəslin ağır texnikası ilə silahlanıblar”, - deyə Çeçenistan rəhbəri bildirib və əlavə edib ki, bizim qoşunlar boş yerə ukraynalılarla “vaxt keçirir”.

Onun fikrincə, Ukraynada genişmiqyaslı əməliyyatla bağlı konkret qərar qəbul etməyin vaxtı çatıb.

O, şəxsən terrorçulara qarşı taktika və strategiyalar hazırladığını, döyüşlərdə iştirak etdiyini deyir: “Məncə, Ukraynada seçilmiş taktika çox ləng gedir. Bu, uzun müddət davam edir və fikrimcə, təsirli deyil”.

O, şəhər və qəsəbələri nasistlərdən azad etməyə çağırıb:

“Qətiyyətli hücum lazımdır. Başqa heç nəyə ehtiyacınız yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO