
- A-
- A
- A+
Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU
Türkiyədə Ordu vilayətinin 9 rayonunda kaymakam dəyişiklikləri həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti müvafiq fərman imzalayıb.
Təyinat siyahısında diqqət çəkən məqamlardan biri isə Ordu şəhərinin qonşu rayonlarına rəhbərlik edən evli kaymakam (ölkəmizdə icra başçıları ilə bənzər səlahiyyətlərə malikdir – red.) cütlüyünün eyni bölgəyə təyin olunması olub.
Fərmana əsasən, Gürgəntəpə rayonunun kaymakamı Emre Kazanasmaz Kırıkkale vali müavini vəzifəsinə gətirilib.
Onun həyat yoldaşı, Gölköy rayonunun kaymakamı Elif Yazıcıoğlu Kazanasmaz isə Kırıkkale vilayətinin Bahşılı rayonuna kaymakam təyin edilib. Beləcə onlar biri-birilərinə yaxın rayonlarda rəhbər vəzifələrdə çalışmağa davam edəcəklər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































