Belçika bütün "F-16" qırıcılarını Ukraynaya VERƏCƏK

Belçika bütün "F-16" qırıcılarını Ukraynaya VERƏCƏK

Hazırda oxunan: Belçika bütün "F-16" qırıcılarını Ukraynaya VERƏCƏK

620074

Belçika Ukraynaya öz arsenalında olan bütün "F-16" qırıcı təyyarələrini ötürməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, Bu barədə ölkənin Müdafiə naziri Teo Franken bəyanat verib.

Nazir bildirib ki, bu addım Belçika ABŞ-dan yeni nəsil "F-35" qırıcılarını aldıqdan sonra reallaşa bilər:

"Mən hökumətə yaxın illərdə bütün “F-16” təyyarələrimizi Ukraynaya təhvil verməyi təklif edəcəyəm. Əlbəttə ki, bu, bizim yeni “F-35”ləri nə vaxt əldə edəcəyimizdən asılıdır, çünki öz hava məkanımızın müdafiəsində də üzərimizə düşən öhdəliklər var".

Məlumata görə, Brüssel artıq bu il ərzində Ukraynaya 7 ədəd "F-16" qırıcısı ötürəcək. Onlardan 3-ü ehtiyat hissələri üçün söküləcək, qalanları isə Rusiyaya məxsus dron və raketlərin qarşısının alınmasında (hava hücumundan müdafiədə) istifadə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO