Trampdan İrana- Xəbərdarlıq

Trampdan İrana- Xəbərdarlıq

Hazırda oxunan: Trampdan İrana- Xəbərdarlıq
619398
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Vaşinqton və Tehran arasında nüvə proqramı üzrə yekun razılaşma əldə olunmasa, ABŞ İrana qarşı hərbi əməliyyatları yenidən başlada bilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə açıqlamasında deyib.

Tramp ABŞ-ın Yaxın Şərqdə daha fəal təhlükəsizlik rolunu nəzərdən keçirdiyini də bildirib. Onun sözlərinə görə, Vaşinqton regionun “keşikçisi” funksiyasını yerinə yetirə və bunun müqabilində bölgədəki ticarət gəlirlərinin müəyyən hissəsini əldə edə bilər.

ABŞ lideri hesab edir ki, İrana qarşı həyata keçirilən zərbələr və sonrakı dəniz blokadası regiondakı vəziyyəti Vaşinqtonun xeyrinə dəyişib.

Tramp həmçinin vurğulayıb ki, gələcək razılaşma Hörmüz boğazı vasitəsilə daimi və təhlükəsiz gəmiçiliyi təmin etməlidir.
 

O, İsrailin Baş naziri Binyamin Netanyahu ilə münasibətlərə də toxunaraq bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla İsraili ciddi təhlükədən xilas edib.


“Netanyahu çox mürəkkəb insandır. Açığı, buna görə bizə minnətdar olmalıdır. Çünki İranın nüvə silahı olsaydı, İsrail iki saat belə mövcud qala bilməzdi”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən danışıqlardan sonra razılaşma əldə olunub. Yekun saziş iyunun 19-da İsveçrədə imzalanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO