Zaxarova: Ermənistandakı seçkilər müxalifətə təzyiq mühitində keçib

Zaxarova: Ermənistandakı seçkilər müxalifətə təzyiq mühitində keçib

Hazırda oxunan: Zaxarova: Ermənistandakı seçkilər müxalifətə təzyiq mühitində keçib
617973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda baş tutan seçkilərin nəticələrini şərh edib.

Bizim.Media xəbər verir ki, Rusiya rəsmisi seçki prosesinin müxalifətə qarşı görünməmiş təzyiqlər və Qərbin müdaxiləsi fonunda keçdiyini bildirib.

Zaxarova açıqlamasında bir sıra digər mühüm məqamları diqqətə çatdırıb.

Rusiya XİN rəsmisinin sözlərinə görə, seçkilərin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasına olan dəstək nəzərəçarpacaq dərəcədə azalıb:

“Keçirilən seçkilər Ermənistan cəmiyyətinin kəskin şəkildə qütbləşdiyini əyani şəkildə nümayiş etdirib.
 

Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinə və ölkənin Aİİ-də qalmağa davam etməsinə dair geniş bir tələb (istək) mövcuddur.


Rusiya rəsmi İrəvanla bağlı gələcək xəttini Ermənistan rəhbərliyinin atacağı real addımları nəzərə alaraq formalaşdıracaq”.

Zaxarova Moskvanın hər zaman güclü və həqiqi suveren Ermənistanda maraqlı olduğunu vurğulayıb.

Sonda Mariya Zaxarova Ermənistan xalqının Rusiya üçün qardaş xalq olduğunu qeyd edərək, onlara sülh və rifah arzuladıqlarını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO