Zelenski ilə görüşən rusiyalı iş adamının kimliyi məlum oldu - FOTO

Zelenski ilə görüşən rusiyalı iş adamının kimliyi məlum oldu - FOTO

Hazırda oxunan: Zelenski ilə görüşən rusiyalı iş adamının kimliyi məlum oldu - FOTO

617606

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Prezident Volodimir Zelenski ilə görüşən rusiyalı milyarderin Roman Abramoviç olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, deputat bu barədə öz "Telegram" kanalında məlumat paylaşıb.

"Məndə olan məlumata görə, belə bir görüş həqiqətən də baş tutub və söhbət Roman Abramoviçdən gedir. Məhz o, həmin vaxt Kiyevə gələrək Prezidentlə görüşüb və ondan aldığı məlumatları Putinə çatdırıb", — deyə Qonçarenko qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putin "Rusiya biznes dairələrinin müəyyən bir nümayəndəsinin" üç həftə əvvəl Kiyevə səfər etdiyini və Ukrayna lideri Volodimir Zelenski ilə görüşdüyünü bəyan etsə də, həmin iş adamının adını açıqlamamışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO